VAKANSIYA Namizədə Tələblər: Təhsil dərəcəsi: Ali təhsilli Yaş həddi: 20-35 Xanım namizəd tələb olunur Təcrübə: 1 ildən aşağı Rus və ingilis dili biliyi arzuolunandır Microsoft Word, Excell üzrə biliklər, Ofis avadanlıqları ilə işləmə bacarığı Diqqətcil, komandada işləmə bacarığı, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı Vəzifə öhdəlikləri: Rəhbərliyin işlərini, görüşlərini təşkil etmək, Gündəlik sənədləşmə və ofis daxili işləri yerinə yetirmək, Şirkətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək, Sənədləşmə prosesində meydana çıxan problemlərin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və oxşar sənədlərin kargüzarlıq hissəsinin hazırlanmasını təmin etmək, Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə işlərini həyata keçirmək, Rəhbərliyin göstərişinə əsasən əmrlər, qərarlar, təlimatlar, müxtəlif prosedurlar yazmaq və ya əvvəldən hazırlanmış sənədlərdə yeni redaksiyalar etmək, Telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, Təşkilatın rəsmi yazışmalarını, məktublaşmalarını həyata keçirmək, Məktubların tərcüməsini təmin etmək (ehtiyac yaranarsa), Ofis əməkdaşlarının təsərrüfat malları ilə təmin edilməsini həyata keçirmək