“AZGİDASERT” Kənd Təsərrüfatı və yeyinti məhsullarının sertifikatlaşdırması üzrə orqanı Azərbaycanda Latviya Milli Akkreditasiya Bürosu tərəfindən akkreditasiya olunmuş ilk və yeganə qurumdur. Bundan öncə 2017, 2021-ci illərdə Latviya Milli Akkreditasiya Bürosunun illik qiymətləndirilməsi zamanı “AZGİDASERT” Kənd Təsərrüfatı və yeyinti məhsullarının sertifikatlaşdırması üzrə orqanının fəaliyyəti müsbət qiymətləndirilmişdir.
28.11.2022-01.12.2022-ci il tarixlərində Latviya Milli Akkreditasiya Bürosu “AZGİDASERT” Kənd Təsərrüfatı və yeyinti məhsullarının sertifikatlaşdırması üzrə orqanının növbəti illik qiymətləndirilməsini həyata keçirmişdir.
İllik qiymətləndirilmə zamanı əməkdaşlarımız “Kristall Plus” QSC, “Milk Pro” MMC və “Bakı Qida və Yağ Fabriki” MMC müəssisələrində uyğunluğun qiymətləndirilməsinin həyata keçirmişlər. Qiymətləndirilmə zamanı Latviya Milli Akkreditasiya Bürosu “AZGİDASERT” Kənd Təsərrüfatı və yeyinti məhsullarının sertifikatlaşdırması üzrə orqanının praktiki fəaliyyətini müsbət qiymətləndirmişdir. İllik qiymətləndirmənin müsbət nəticələrinə və imzalanmış müqaviləyə əsasən “AZGİDASERT” Kənd Təsərrüfatı və yeyinti məhsullarının sertifikatlaşdırması üzrə orqanı Azərbaycanda ilk dəfə olaraq IAF MLA akkreditasiya nişanını tətbiq etmək hüququnu əldə etmişdir.
Uyğunluq sertifikatında IAF MLA nişanının olmağı onu göstərir ki, sertifikatlaşdırma orqanının səlahiyyətləri akkreditasiya sahəsində beynəlxalq müqavilələri imzalayan akkreditasiya orqanı tərəfindən təsdiq edilir. Birləşmiş IAF MLA nişanının istifadəsi Azərbaycan istehsalçıları tərəfindən ixrac tədarükü üçün uyğunluğun qiymətləndirilməsi prosedurlarını sadələşdirməyə imkan verir. ⁕
Qeyd:⁕ IAF – Beynəlxalq Akkreditasiya Formu, akkreditasiya orqanlarının, sertifikatlaşdırma orqanlarının assosasiyalarının və müxtəlif sahələrdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatların ümumi dünya birliyidir. IAF üzvləri bazarın qəbulu üçün lazım olan etibarlılığı təmin edəcək uyğunluğun qiymətləndirilməsi üçün prinsiplər və metodlar hazırlamaqla ticarətin asanlaşdırılmasının ümumi məqsədlərinə nail olmaq üçün bütün dünyada fəaliyyət göstərirlər.