Image

AZGIDASERT MMC kollektivi növbəti peşəkar nailiyyətə imza atmışdır

Fəaliyyətini hər zaman keyfiyyət, etibarlılıq və beynəlxalq tələblərə uyğunluq prinsipləri üzərində quran AZGIDASERT MMC kollektivi növbəti peşəkar nailiyyətə imza atmışdır. Şirkətin aparıcı ekspert-auditoru Yasin Cəfərov, ekspert-auditorlar Ayişən Rəsulova və Jalə Cəfərova dünya şöhrətli Türkiyə Standartları İnstitutu (TSE) tərəfindən keçirilmiş imtahanlardan uğurla keçərək TS EN ISO 22000:2018 – Qida Təhlükəsizliyi İdarəetmə Sistemi sertifikatını əldə etmişlər.