Keyfiyyət siyasəti

Məhsulun sertifikatlaşdırma üzrə orqanı “AZGİDASERT” MMC-nin  keyfiyyət sahəsində apardığı siyasət onu  öz akkreditasiya sahəsində səlahiyyətli, müstəqil  və  qərəzsiz  sertifikatlaşdırma orqanı kimi tanınmasına yönəlmişdir.

“AZGİDASERT” MMC-nin keyfiyyət sahəsinin məhsulun sertifikatlaşdırma orqanı kimi fəaliyyətinin əsas məqsədi aşağıdakılardır:

  1. Azərbaycan Respublikasının qüvvədə olan qanunveriliciyi və normativ hüquqi sənədlərə əsasən, akkreditasiya sahəsinə uyğun olaraq məhsulun uyğunluğunun təsdiq edilməsini təmin etməsi;
  2. Məhsulun uyğunluğunun təsdiqi nəticələrinə bütün marağı olan tərəflərin etibarının təmin edilməsidir.

Orqanın keyfiyyət sahəsində məhsulun sertifikatlaşdırılması üzrə fəaliyyətinin əsas vəzifələri aşağıdakılarının təmin edilməsidir:

  • məhsulun uyğunluğunun təsdiq edilməsi işlərin aparılması zamanı qanuna uyğunluq, obyektivlik, müstəqillik və qərəzsizlik;
  • akkreditasiya edilmiş şəxslərin akkreditasiyanın meyarlarına və tələblərinə riayət etməsi;
  • uyğunluğun təsdiq edilməsinin nəticələri haqqında sifarişçiyə məlumatın vaxtında verilməsi;
  • kargüzarlıq üzrə və sənədlərin saxlanması üçün tələb olunan şəraitin və işlərin nəticəsində əldə edilən məlumatların məxfiliyinin təmin edilməsi;
  • Sertifikatlaşdırma Orqanının sisteminin daima yaxşılaşdırılması və müdafiəsi;
  • milli və beynəlxalq səviyyədə qərəzsiz, səlahiyyətli, məsul, açıq və müstəqil akkreditasiya sahəsində təsdiq edilmiş sertifikatlaşdırma orqanı kimi tanınması;
  • sifarişçilərə xidmətin səviyyəsinin daima artırılması və “AZGİDASERT” MMC-nin Sertifikatlaşdırma Orqanında uyğunluğunu təsdiqləyən məhsulun keyfiyyətinə istehlakçıların etibarının nail olunması;
  • “AZGİDASERT” MMC Sertifikatlaşdırma Orqanı analoji xidmət göstərən təşkilatlar arasında  rəqabətli olması üçün öz fəaliyyətini genişləndirilməsi və keyfiyyətin yüksəlməsi yolu ilə onun məsul, müstəqil və  qərəzsiz sertifikatlaşdırma orqanı kimi tanınmasına nail olmaq.

Qoyulan məsələlərin həlli üçün Sertifikatlaşdırma Orqanı rəhbəri aşağıdakı öhdəçilikləri öz üzərinə götürür:

  • Sertifikatlaşdırma Orqanı öz fəaliyyətini yerinə yetirən zaman onun müstəqilliyini və qərəzsizliyini təmin etmək;
  • Qanunvericilik ilə müəyyən edilmiş qaydada akkreditasiyanın tələblərinə və meyarlarına riayət olunması;
  • Ekspertlərin müstəqilliyini kommersiya, inzibati və başqa təzyiqlərdən müdafiə etmək;
  • Öz fəaliyyətində keyfiyyət sahəsində qəbul olunmuş siyasətə əsaslanmaq.

Həyata keçirmə yolları:

  • Sertifikatlaşdırma Orqanı təsdiq olunmuş akkreditasiya sahəsinə əsasən, məhsulun uyğunluğunun təsdiqinin aparılmasını qanunvericiliyə, normativ hüquqi aktlara, həmçinin uyğunluğu təsdiq edilmiş sahəsinə aid sənədlərə əsasən qəbul olunan qaydalara uyğun aparılması;
  • Daima öz ixtisasını kurslar, seminarlar, vasitəsilə həmçinin daxili və xarici mənbələrdən uyğunluğun təsdiqi sahəsində qazanılan nailiyyətlərlə tanış olan, təkmilləşmiş ekspert-auditorların və ixtisaslı personalın mövcudluğu;
  • Sertifikatlaşdırma Orqanının təsdiqlənmiş akkreditasiya sahəsinə daxil olan məhsulun uyğunluğunun təsdiqinin aparılması qaydalarının və Sertifikatlaşdırma Orqanının nəzərdə tutulan funksiyalarının dəqiq icra olunması, o cümlədən:
  • İstehsalın təhlili;
  • Sertifikatlaşdırılmış məhsula inspeksiya nəzarəti;
  • Sertifikatlaşdırma Orqanına ictimai təşkilatlardan, dövlət idarələrin, ərizəçilərdən, yerli icra hakimiyyəti orqanlarından və s. sertifikatlaşdırılmış məhsula  olan reklamasiya haqqında məlumatın qeydiyyatı;
  • Keyfiyyətin daxili yoxlamalarının nəticələrinin təhlili və qiymətləndirilməsi.

Milli və beynəlxalq standartların tələblərinə cavab verən Sertifikatlaşdırma Orqanı bizim istehlakçılara sabit  keyfiyyətli xidmətin göstərilməsinə məhsulun sertifikatlaşdırma orqanı kollektivi zəmanət verir.

Sertifikatlaşdırma Orqanının personalı keyfiyyət üzrə rəhbəredici sənədlə tanış olması onların vəzifə borcudur və öz fəaliyyətində hazırki keyfiyyət sahəsində siyasəti rəhbər tutmalıdırlar.

 

 “AZGİDASERT” MMC-nin direktoru  M.Y. YUSUBOV