Uncategorized

Hüquqi şəxs “SƏBA” ASC istehsal etdiyi ərzaq məhsullarını uyğunluq üzrə sertifikatlaşdırmadan keçirdib

By October 20, 2020 No Comments

Hüquqi şəxs “SƏBA” ASC istehsal etdiyi ərzaq məhsullarını uyğunluq üzrə  sertifikatlaşdırmadan keçirdib.
“Səba” əmtəə nişanlı  broyler cücə əti (1-ci növ), toyuq əti hissələri, içalatları və mexaniki emal edilmiş (çəkilmiş) toyuq ətinin sertifikatlaşdırmasını həyata keçirən “AZGİDASERT” sertifikatlaşdırma orqanı bu məhsulun müvafiq standartlara uyğunluğunu təsdiqləmişdir.
Uyğunluq sertifikatlarının nömrəsi: AZ 031.31.01.02582.20 – AZ 031.31.01.02586.20
Uyğunluq sertifikatlarının qüvvədə olma müddəti 1 ildir.

Sağlamlığınızın qeydinə qalın, uyğunluq sertifikatı olan keyfiyyətli məhsullardan istifadə edin!

Qeyd olunan müəssisə Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında fəaliyyət göstərir.