Hüquqi şəxs “BalaCans” MMC istehsal etdiyi ərzaq məhsullarını uyğunluq üzrə sertifikatlaşdırmadan keçirdib.
“Cappy” əmtəə nişanlı meyvə şirələri: Alma, albalı, multimeyvə, portağal və şaftalı məhsullarının sertifikatlaşdırmasını həyata keçirən “AZGİDASERT” sertifikatlaşdırma orqanı bu məhsulun müvafiq standartlara uyğunluğunu təsdiqləmişdir.
Uyğunluq sertifikatının nömrəsi: AZ 031.31.01.02998.20
Uyğunluq sertifikatının qüvvədə olma müddəti 1 ildir.
Sağlamlığınızın qeydinə qalın, uyğunluq sertifikatı olan keyfiyyətli məhsullardan istifadə edin!
Qeyd olunan müəssisə Azərbaycan Respublikası, Balakən şəhəri, H.Əliyev prospekti 54. ünvanında fəaliyyət göstərir.