Uncategorized

Eşq olsun Azərbaycan Ordusuna!

By October 20, 2020 No Comments

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü göstərməkdədir. Bu, heç şübhəsiz, şəxsən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir.

Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı uğurlu əməliyyatlarına dəstək üçün “AZGİDASERT” MMC  1000 (min) manat məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürmüşdür.

“AZGİDASERT” MMC  hər zaman dövlətin və  xalqın yanında olan bir şirkət kimi döyüşən hər bir əsgərə uğurlar diləyir və Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edir!