“Bakı Qida və Yağ Fabriki” MMC istehsal etdiyi ərzaq məhsullarını uyğunluq üzrə sertifikatlaşdırmadan keçirdib.
“Sahrap Soysal” adlı saflaşdırılmış zeytun yağı və “Yurdum” adlı saflaşdırılmış qarışıq maye bitki yağı məhsullarının sertifikatlaşdırmasını həyata keçirən “AZGİDASERT” sertifikatlaşdırma orqanı bu məhsulun müvafiq standartlara uyğunluğunu təsdiqləmişdir.
Uyğunluq sertifikatlarının nömrəsi: AZ 031.31.01. 02994.20 – AZ 031.31.01. 02995.20
Uyğunluq sertifikatlarının qüvvədə olma müddəti 1 ildir.
Sağlamlığınızın qeydinə qalın, uyğunluq sertifikatı olan keyfiyyətli məhsullardan istifadə edin!
Qeyd olunan müəssisə Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Bakı-Quba y. Sol tərəfi, Azərsun Sənaye Parkı ünvanında fəaliyyət göstərir.